Hacıqabulda nasosxana Kürdə batdı - Kənd susuz qaldı 

11:29 09.07.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Hacıqabuldakı Meyniman kəndi susuz qalıb.

Hafta.az xəbər verir ki, Hacıqabul rayonunun Meyniman kəndində Kür çayı üzərində yerləşən üzən su nasosu nasosxana ilə birlikdə batıb.

 

Bu səbəbdən Meyniman kəndi bir həftədir, susuz qalıb. Kənddə əkin sahələrini suvarmaq üçün də su yoxdur. Hazırda nasosxananın sudan çıxarılması ilə bağlı tədbirlər görülür.(APA)